Ağcabədi rayon sakinləri 10 ədəd tüfəngi polisə könüllü təhvil veriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda olan qanunsuz silahların könüllü təhvil verilməsinin təmini istiqamətində profilaktika davam etdirilir.
Ötən həftə ərzində keçirilən tədbirlərlə rayon sakinləri ikisi yivli olmaqla, ümumilikdə 10 ədəd müxtəlif markalı ov tüfəngini polisə könüllü təqdim ediblər.