Xəbər verdiyimiz kimi, Ağadadaş Ağayevi "Medera" xəstrəxanasının müfahizəçisi döyüb.
Stopnarkotik.az axar.az-a istinadən olayı əks etdirən görüntünü təqdim edir:
Qeyd edək ki, Ağadadaş Ağayev qulağından əməliyyat olunub, bu gün səhər saatlarında isə özünü yaxşı hiss etmədiyi üçün evinin önündə olan "Medera" klinikasının mühafizəçisindən həkim göndərilməsini xahiş edib. Mühafizəçi isə ona kobud cavab verib və mübahisə yaranıb. Bu zaman mühafizəçi xalq artıstini döyüb, daha sonra evə gedən A.Ağayev balta ilə qayıdıb və onu mühafizəçiyə atıb.
Baltanın klinikada çalışan işçilərdən birinin ayağını zədələdiyi haqda məlumat yayılsa da, videoda fərqli mənzərə ortaya çıxır. Belə ki, baltanın kiməsə dəymədiyi, yerə düşdüyü, əvəzində isə mühafizəçinin xalq artistini qəddarcasına döydüyü, yerə yıxıldıqdan sonra belə Ağayevi təpiklədiyi aydın olur..
***
Mühafizəçi Xalq artistini döyübmüş: “Mən niyə çağırıram, get, özün çağır...”
Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən hadisənin canlı şahidi olan adamla danışdım. Hadisə belə olub: Ağadadaş Ağayev "Medera" adlı xəstəxananın lap yaxınlığında yaşayır. O, bir neçə gün əvvəl qulağından əməliyyat olunub. Həyətinin qapısını açıb "Medera" nın gözətçisinə deyib ki, oradan bir tibb bacısı çağır, gəlib mənim qulağıma baxsın.
Stopnarkotik.az axar.az-a istinadən xəbər verir ki. bu barədə jurnalist Məhəmmədəli Qəribli qeyd edib.
Onun sözlərinə görə, gözətçi "Mən niyə çağırıram, get, özün çağır" cavabını verib:
"Aralarında yaranan mübahisə davaya çevrilib. Qarovulçu Ağadadaşı yıxıb yerə və möhkəm döyüb. Hadisə şahidi deyir ki, onlar bir neçə adamla zorla Ağadadaşı mühafizəçinin əlindən ala biliblər.
Sonra xalq artisti evdən baltanı götürüb və düşüb onu döyən mühafizəçinin ardına. Baltanı atanda başqa bir adama dəyib.
Qeyd edək ki, A.Ağayevin mühafizəçiyə tulladığı balta orada işləyən xanım Paşayevanın ayağına dəyib.