Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qəza səbəbindən həm Hava limanı, həm də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxıq yaranıb. Nəqliyyat sıxlığının aradan qaldırılması üçün işlər görülür.