İş adamı və prezidentliyə keçmiş namizəd güllələndi

Bolqarıstanda iş adamı, prezidentliyə keçmiş namizəd Aleksey Petrov dağlarda həftəlik gəzinti zamanı güllələnib.

Stopnarkotik.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə ölkənin “24 saat” nəşri məlumat yayıb. Bildirilib ki, hadisə zamanı onun yanında biznesi ilə məşğul olan bir qadın olub. A. Pterov xəsarət alıb və vəziyyəti ağır olaraq xəstəxanaya aparılıb.

Xəbərdə deyilir ki, Petrov və yoldaşı hər həftə mühafizəçilərsiz Draqalev monastırına qədər dağlarda eyni gəzintiyə çıxırmışlar. Üzərində tüfəng daşıyan cinayətkar velosipedlə hadisə yerinə gəlib.

Hadisə yerinə Sofiya şəhər prokuroru İliana Kirilova, eləcə də onun müavinləri Xristo Krastev və İvo İliyev gəlib. Hazırda Sofiyadan bütün çıxışlar bağlanıb və polis təhlükəsizlik kameralarına baxış keçirir.