Abşeronda yük maşını minik avtomobili ilə toqquşdu - ÖLƏN VƏ YARALANANLAR VAR

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.

"VAZ-2106" və yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Rasim Nadir oğlu Hacıyev hadisə yerində ölüb.

Qəza zamanı daha 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.