Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin və
Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı 4 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.
Polisin müraciəti əsasında silahları könüllü təhvil verən hər bir şəxsə təşəkkür edilib.
Stopnarkotik.az