Abşeronda "protiv" gedən sürücü cərimələndi - FOTO

"Abşeron rayonu Saray qəsəbəsi ərazisində əks yola çıxaraq hərəkət iştirakçılarına təhlükə yaradan nəqliyyat vasitəsinin sürücüsünün kimliyi müəyyən olunub".

Stopnarkotik.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib. O qeyd edib ki, hadisə Saray qəsəbəsi, Novruz Aslanov küçəsində qeydə alınıb.

"Sumqayıt şəhər sakini, 77-PZ-658 dövlət qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü İsaq Elman oğlu Əliyev müvafiq nişanlanma xətlərinin tələbini pozaraq idarə etdiyi nəqliyyat vasitəsini, tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək hərəkət etdiyinə görə, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılıb. Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü-ci maddəsinə əsasən 150 manat, 4 bal məbləğində cərimə olunub. O, yaşadığı evə yaxın ərazidə qayda pozduğunu etiraf edib və etdiyi hərəkətdən peşman olduğunu bildirib", - deyə idarə rəsmisi bildirilib.

M.Ağayev eyni zamanda sürücülərə də müraciət ünvanlayıb və qeyd edib ki, bir daha sürücülərdən xahiş edirik ki, bu cür kobud qayda pozuntularına yol verib həm özlərinin, həm də başqalarının həyatını təhlükəyə atmasınlar.

Stopnarkotik.az