Abşeronda mənzillərdən oğurluq edən şəxs ələ keçdi

Abşeron rayonu Ceyranbatan qəsəbəsində bir evdən 2220 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Məhəmməd Məmmədov, Masazır qəsəbəsində isə bir mənzildən 7450 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qəlbinur Gülməmmədov saxlanılıblar. 

Stopnarkotik.az xəbər verir ki, müxtəlif vaxtlarda oğurluq edən Qəlbinur Gülməmmədov Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ələ keçib.

Hər iki faktla bağlı araşdırma aparılır.