Abşeronda 34 yaşlı kişi sirkə içərək canına qəsd edib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Şəfəq qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Tural İlyas oğlu Quliyev öz evində sirkə içərək intihar edib.
T. Quliyev xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.