Abşeronda intihar hadisəsi olub.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsi, Azadlıq küçəsində baş verib. 32 yaşlı Əliyev Azər Məhəddin oğlu evin həyətində özünü asaraq, həyatına son qoyub.
Məlumata görə, Azər Əliyev 2008-ci ildə dəm qazından zəhərlənib. Bundan sonra onun başında problemlər yaranıb.
Faktla bağlı araşdırma aparılır.