Abşeron rayonu ərazisində yerləşən iki evdən və avtobusdan oğurluq edilib. Belə ki, evlərdən 330 manat dəyərində məişət əşyaları və təmir alətləri, avtobusdan isə maqnitofon, eləcə də 185 manat oğurlanıb.
Stopnarkotik.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqlar etməkdə şübhəli bilinən 27 yaşlı B.Sayılov saxlanılıb.
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı N.Məmmədli saxlanılıb.
Bundan başqa, Suraxanı rayonu ərazisində yerləşən evlərin birindən 2300 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı F.Alıyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.