Xırdalanda yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında izdiham və xaos yaşanır.
Stopnarkotik.az xəbər verir ki, oxu.az-a müraciət edən sakinlər bildiriblər ki, səhər saatlarından sistem çökdüyü üçün uzun-uzadı növbə yaranıb, vətəndaşlar gözləmək məcburiyyətində qalıblar.
"Sistem çöküb. Çox sayda insan növbə gözləyir. Söz deyəndə də, bildirirlər ki, sistem çöküb gözləyin", - şikayətdə bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl də sakinlər redaksiyamıza müraciət edərək Abşeron Rayon Mərkəzi Xəstəxanasında yaranan xaosdan şikayətçi olduqlarını bildirmişdilər. Səbəb isə xəstəxanada elektron növbə sisteminin tətbiq olunmaması göstərilmişdi.