ABŞ zabitləri Belarus-Rusiya təlimlərində peyda olub - “Der Spiegel”

ABŞ ordusunun iki nümayəndəsi gözlənilmədən Belarusda Rusiya-Belarus "Zapad-2025" hərbi manevrlərinə baş çəkib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Borisov yaxınlığındakı poliqonda Belarusun müdafiə naziri ABŞ hərbi diplomatını və onu müşayiət edən şəxsi qarşılayıb. Xəbər barədə video Telegramda yayımlanıb.

Videoda görünür ki, nazir öz əsgərlərinə amerikalılara ən yaxşı yerləri verməyi və onlara hər şeyi ətraflı izah etməyi əmr edir.

Müdafiə naziri Viktor Xreninin sözlərinə görə, Belarus ərazisində keçirilən manevrlərdə 6000 Belarus və 1000 Rusiya əsgəri iştirak edir. O, xaricdəki narahatlığı aradan qaldırmaq üçün təlimlərin miqyasının azaldıldığını vurğulayıb.

Bununla belə, Qərb ekspertləri real rəqəmlərin daha çox ola biləcəyini irəli sürürlər. Rusiya ərazisindəki təlimlərə neçə hərbçinin cəlb olunduğu da bəlli deyil. 

Stopnarkotik.az