ABŞ Venesuelanın “Los Soles” kartelini beynəlxalq terror təşkilatı elan etdi

ABŞ-ın Venesuela ətrafında halqanı tarıma çəkir. Belə ki, Ağ Ev Venesuelanın “Los Soles” kartelini beynəlxalq terror təşkilatı elan edib.

Stopnarkotik.az xəbər verir ki, məlumatlara görə, ABŞ Cənub Komandanlığı növbəti 10 gündən iki həftəyə qədər mümkün quru zərbələrinə hazırlıq məqsədilə Şükranlıq və Milad tətillərinin vaxtını qısaldır.

Lakin, nədənsə, əməliyyatda digər bölmələrin də iştirak etməsinə baxmayaraq (şayiələrə görə, Cənub Komandanlığı bundan o qədər də məmnun deyil), yalnız Cənub Komandanlığından bəhs olunur.

Stopnarkotik.az