ABŞ və Çinin "Fentanil müharibəsi"

Bildiyimiz kimi, Ağ Ev Pekinə qarşı qaldırdığı 20%-lik idxal rüsumunu Pekinin ABŞ-a fentanil axıtması ilə izah etdi. Bəs ABŞ üçün fentanil təhlükəsi nə qədər böyükdür?  

Ümumiyyətlə fentanil və prekursorlar nədir?

Fentanyl çox güclü ağrıkəsicidir, məsələn, əməliyyatdan sonra şiddətli ağrıları kəsmək üçün istifadə olunur. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri bildirir ki, o, morfindən 50-100 dəfə daha güclüdür. Gücü və asılılıq yaratmaq qabiliyyətinə görə, fentanil ciddi təhlükə ərz edir. Son illər fentanil narkotiklərin aşırı dozasının artmasının səbəblərindən birinə çevrilib.

Prekursorlar narkotik düzəlmək üçün istifadə olunan kimyəvi maddələrdir. Bu prekursorlardan bəziləri  sənayedə qanuni olaraq istifadə oluna bilər, lakin pis əllərə düşərsə, qeyri-leqal narkotik hazırlamaq üçün istifadə edilə bilər. Fentanilin özü əksər ölkələrdə, o cümlədən ABŞ-da, şiddətli xroniki ağrıları olan və ya mürəkkəb əməliyyatlardan sonra xəstələrə təyin edildiyi yerlərdə qadağan deyil.

Maraqlıdır ki, COVID-19 pandemiyası narkoticarətin pisləşməsində böyük rol oynadı. Məhdudlaşdırıcı tədbirlər və qapanmalar transsərhəd daşımaları azaltdı, narkotik qaçaqmalçılığı çətinləşdi. Nəticədə, qaçaqmalçılar fentanilə daha çox üz tutdular, çünki tabletlər formasında narkotiki daşımaq daha asandır. Bundan əlavə, fentanil qadjetlər, oyuncaqlar və ya geyimlər kimi qanuni mallar arasında gizlədilmiş poçt vasitəsilə göndərilə bilər.

2019-cu ilə qədər fentanil ABŞ-a birbaşa Çindən gəlirdi. Lakin bu, Çinin 2019-cu ildə sərt nəzarət tətbiq etməsindən sonra dəyişdi. Bu qərar ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında aparılan danışıqların nəticəsi idi.

Həmin il mayın 1-dən etibarən fentanillə əlaqəli bütün maddələr nəzarət edilən narkotiklər siyahısına əlavə edildi ki, bu da onların istehsalını və yayılmasını əhəmiyyətli dərəcədə məhdudlaşdırdı.

Bu gün fentanil ABŞ-a bir neçə əsas mərhələdən keçir:

Çində fentanil düzəltmək üçün istifadə olunan prekursorlar istehsal olunur. İstehsal və ixrac üzərində ciddi nəzarətə baxmayaraq, prekursorlar daxil olmağa davam edir. Onlar Meksikaya dəniz yolu ilə və ya Honq-Konq, Tayvan, Hindistan və Sinqapur vasitəsilə göndərilirlər.

Meksikada Sinaloa Karteli kimi narkotik kartelləri bu prekursorları alır və gizli laboratoriyalarda fentanil istehsal edir. Daha sonra hazır narkotik qaçaqmalçılıq yolu ilə ABŞ-ın cənub sərhədindən keçirilir. Fentanil adətən avtomobillərdə, malların arasında və ya kuryerlər tərəfindən gizlədilir, bu da keçid məntəqələrində aşkarlanmağı çətinləşdirir.

Bu ABŞ üçün real təhlükə və böyük problemdir.

2013-cü ildən 2022-ci ilə qədər ABŞ-da sintetik opioidlərlə, ilk növbədə fentanillə əlaqəli ölümlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Narkotiklərdən Sui-istifadə üzrə Milli İnstitutun (NİDA) məlumatına görə, sintetik opioidlərdən ölənlərin sayı 2013-cü ildəki 3,105-dən 2022-ci ildə 73,838-ə yüksəlib. Fentanil aşırı dozadan ölüm hallarının demək olar ki, 70%-nə səbəb olub. 

Stopnarkotik.az