ABŞ və Çin narkotiklər məsələsində anlaşdı

ABŞ və Çinin narkotiklərə qarşı mübarizə müstəvisində Pekində 19 iyun 2025-ci il tarixində Çin Dövlət Şurasının üzvü və İctimai Təhlükəsizlik Naziri Van Syaoxunun ABŞ-ın Çindəki səfiri David Perdue ilə görüşü baş tutub.

ABŞ səfiri ikitərəfli əlaqələrin inkişafında rol oynamağa və narkotiklərə nəzarət kimi sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Çinin Milli Narkotiklərə Nəzarət Komissiyasının İdarəsi bildirib ki, ölkə polisi 2024-cü ilin yanvarından 2025-ci ilin mayına qədər 45,2 ton narkotik maddə müsadirə edib.

2024-cü ildə polis narkotiklə bağlı 37.000 işin üstünü açıb və 62.000 şübhəlini həbs edib. 2025-ci ilin yanvar-may aylarında narkotiklərlə bağlı 11 min iş üzrə 17 min nəfər saxlanılıb.

May ayının sonuna Çində 710 min narkotik istifadəçisi qeydiyyatda olub.

İctimai Təhlükəsizlik Nazirliyinin Narkotiklərlə Mübarizə Bürosunun rəhbəri Vei Szyaoun bildirib ki, əsas diqqət yeni sintetik narkotiklərlə mübarizəyə yönəlib.

Stopnarkotik.az