ABŞ səfirliyi Moskvadakı vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Xəbərdarlıq ABŞ-nin Rusiyadakı Səfirliyinin saytında yerləşdirilib.
"Səfirlik ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla böyük toplantılara hücum etmək planlarının gözləndiyi barədə məlumatları izləyir və ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılarda iştirakdan çəkinmələri tövsiyə olunur. İnsanların toplaşdığı yerlərdən qaçın. Yerli mətbuatda yenilənmələri izləyin. Öz ətrafınızdan məlumatlı olun", deyə xəbərdarlıqda bildirilib.