Paşinyanın mtbuat katibi Nazeli Baqdasaryan Tomas Barakın səsləndirdiyi ABŞ təklifinə cavab verib. O bildirib ki, “ABŞ səfirinin dediyi variant qeyri-mümkündür” və təklifi İrəvan üçün qəbuledilməz adlandırıb.
O, bir daha Ermənistan dövlət qurumlarının standart cavabını təkrarlayıb: "Ermənistan regional infrastrukturların açılması məsələsini müstəsna olaraq Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası kontekstində müzakirə edir. Ermənistan öz suveren ərazisinə nəzarətin heç bir üçüncü tərəfə verilməsini müzakirə etməyib və müzakirə etmir".
Stopnarkotik.az