Florida qubernatoru Ron DeSantis bildirib ki, Meksika narkotik kartellərini məhv etmək üçün hərbi gücdən istifadə edəcək.
Stopnarkotik.az bildirir ki, o, bu barədə çərşənbə günü GOP prezidentliyə namizədlərin ilkin debatında deyib. Namizəd ifadə edib ki, o, ABŞ-a fentanil göndərən Meksika narkotik kartelləri ilə mübarizə aparmaq üçün Meksika ərazisində hərbi güc tətbiq etməyə icazə verəcək.
Əvvəllər narkotik qaçaqmalçılarına qarşı sərhəddə öldürücü silahlı zərbəyə icazə verəcəyini vəd edən DeSantisdən soruşulan, “fentanil laboratoriyalarını və narkotik kartellərinin əməliyyatlarını çıxarmaq üçün ABŞ Xüsusi Qüvvələrinin sərhəddən Meksikaya göndərilməsini dəstəkləyib-dəstəyməyəcəyi” sualına, qubernator, "Bəli, mən elə birinci gün bunu edəcəyəm", deyə cavab verib.
Son sorğulara görə, “Respublikaçı” partiyasından respondentlər arasında DeSantisə dəstək 13% - dir.
Stopnarkotik.az