“The Washington Post” yazır ki, ABŞ Özbəkistana sərfəli təklif edib. Sözügedən sərfəli anlaşma ondan ibarətdir ki, Vaşqinton Daşkəndin ABŞ-dan deportasiya edilən miqrantları qəbul etməsi üçün əlverişli şərtlər təklif edib.
Vaşinqton Özbəkistanın ABŞ-dan deportasiya edilmiş digər ölkələrin vətəndaşlarını qəbul etməsi üçün Daşkənddə Tramp və Mirziyoyev arasında telefon danışığı aparacağına və ya digər yüksək səviyyəli qarşılıqlı fəaliyyətin aparılacağına söz verib.
Qeyd edilir ki, ABŞ-ın “ehtiyatlı davranması” lazımdır, çünki daha çox üçüncü ölkə vətəndaşını qəbul etmək Özbəkistan hökuməti üçün “həddindən artıq irəli gedə bilər” Üstəlik, bundan “ABŞ-ın düşmənləri, xüsusən də Çin və Rusiya” Vaşinqton və Daşkənd arasında “dərinləşən ikitərəfli tərəfdaşlığı” korlamaq üçün istifadə edə bilər.
Stopnarkotik.az