ABŞ nüvə silahlarının müasirləşdirilməsinin davam etdirilməsi üçün 19,8 milyard dollar büdcə vəsaiti ayırmağı təklif edir.
Bubbarədə ABŞ administrasiyasının 2025-ci maliyyə ili üçün büdcə layihəsində bildirilib.
“Büdcə 2022-ci il Milli Müdafiə Strategiyasının prioritetləri nəzərə alınmaqla, silahlarla bağlı fəaliyyətlər üçün 19,8 milyard dollar nəzərdə tutur. Bu da 2021-ci illə müqayisədə 4,5 milyard dollar çoxdur”, - məlumatda deyilir.
Qeyd edilib ki, büdcə müəllifləri nüvə qüvvələrinin müasirləşdirilməsi proqramlarına, o cümlədən əmrlərin verilməsi, nəzarət və rabitə üçün informasiya şəbəkələrinə diqqət yetirirlər.