Tramp Latın Amerikasındakı narkokartellərə qarşı mübarizə çərçivəsində ABŞ-ın quru hədəflərinə zərbələr endirməyə başlayacağını açıqlayıb.
“Dənizdən zərbə endirdiyimiz kimi, qurudan da zərbə endirəcəyik. Hazırda dənizdən çox az narkotik gəlir. Düşünürəm ki, ümum həcmin 90%-dən çoxunu məhv etmişik. Belə başa düşürəm ki, gələn narkotik çox azdır. Nöqtə hədəfli zərbələrlə yüz minlərlə insanın həyatını xilas edirik", deyə Tramp kabinet iclasında bildirib.
Amerika lideri aydın bildirib ki, narkokartellər keçən il 200 mindən çox insanın ölümünə səbəb olub, lakin bu il ABŞ-ın zərbələri sayəsində bu rəqəm azalıb.
Stopnarkotik.az