ABŞ narkobaron Osiel Kardenası Meksikaya deportasiya etdi

ABŞ hökuməti “Qolfo” kartelinin keçmiş rəhbəri və “Los Zetas” kartelinin qurucularından biri olan narkobaron Osiel Kardenası Meksikaya deportasiya edib.

Stopnarkotik.az xəbər verir ki, Kardenas indi Almoloya həbsxanasına aparılıb və ölkəsində üç cinayət ittihamı ilə üzləşib. Kardenas keçmiş ordu personalını bütöv qruplarla kartellərə cəlb edən ilk fiqur idi. Bu taktika sonradan “Sinaloa” və “Jalisco Yeni Nəsil” kartelində də tətbiq edildi.

"Los Zetas" bir müddət ölkədə ən ölümcül narkokartel idi. Sonradan isə klassik  karteldən, əməliyyatlar, qətllər, ticarət və sənaye obyektlərinə hücumlar üzrə ixtisaslaşan muzdlu orduya çevrildi.

Stopnarkotik.az