“ABŞ müharibəyə girərsə, Hörmüz boğazını bağlayacağıq” - İranlı molla/FOTO

İranlı molla ABŞ müharibəyə girəcəyi təqdirdə Hörmüz boğazını bağlayacaqlarını deyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İran parlamentinin Hüquq Məsələləri Komissiyasının üzvü Həsən Novruzi “Didban-e İran” saytına müsahibəsində İrandan İsrailə qarşı müharibəyə qoşun göndərilməsi ilə bağlı danışıb. 

“Vəziyyət kritikdirsə və bizdən istəsələr, İsraillə müharibədə “müqavimət qüvvələrini” dəstəkləyəcəyik. Amerika birbaşa müharibəyə girsə, Hörmüz boğazını bağlayacağıq”, - deyə o bildirib.