ABŞ-ın Narkotklərlə Mübarizə İdarəsi (DEA) bildirir ki, Meksikanın dəniz limanları narkokartlellərin, xüsusilə Sinaloa narkokartelinin əsas təchizat infrastrukturunun ən vacib komponentləri olduğunu açıqladı.
Stopnarkotik.az xəbər verir ki, qurumun fikrincə, ölkəyə lazımi narkotik prekursorlar, eləcə də Cənubi Amerika kokaini məhz bu limanlardan daxil olur. Amerikalı müstəntiqlərin fikrincə, Sinaloa kartelinin xüsusi "qüruru" Mazatlan və Manzanillo limanlarıdır.
Mazatlan limanının Xalisko Yeni Nəsil Kartleinin (CJNG) "qalası"na çox yaxın yerləşməsi, regionda asayişin bərqərar olmasına mane olur. Amma maraqlıdır ki, hesabatın konseptinin özündə də qeyd olunduğu kimi, həmin Mazatlan limanı Sinaloa kartelinin tam nəzarətindədir, kartel limanın digər qruplar tərəfindən istifadəsi üçün pul alır və onu Meksikanın rüşvətxor məmurları ilə bölüşür.
Amma iş burasındadır ki, ABŞ kəşfiyyatının kuratorları olmadan işləmək çox çətin olardı. Lakin təbii ki, hesabatda bu barədə qeyd olunmayıb.
Stopnarkotik.az