ABŞ Ədliyyə Departamenti cümə axşamı “United Cartels” kimi tanınan “Carteles Unidos” narkokartelinin beş yüksək rütbəli üzvünə qarşı ittiham irəli sürüb.
Stopnarkotik.az xəbər verir ki, cəza tədbirləri çərçivəsində maliyyə nazirliyi qrupa qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Bəzi rəqiblərindən daha az tanınan “United Cartels” Meksikanın Miçoakan əyalətinin geniş ərazilərinə nəzarət edir. Ədliyyə Departamenti bu narkokarteli "ən məhsuldar" metamfetamin istehsalçılarından biri adlandırıb və bildirib ki, onun qeyri-leqal narkotik satışından əldə edilən gəlirlər silah almaq, muzdluları cəlb emək və yerli məmurlara rüşvət vermək üçün istifadə olunur.
Dövlət Departamenti bildirib ki, o, beş nəfərin həbsinə kömək edən məlumat üçün ümumi 26 milyon dollar pul mükafatı təklif edir.
Stopnarkotik.az