ABŞ məhkəməsi Meksikanın ABŞ silah şirkətlərinə qarşı iddiası ilə bağlı dinləmələri rədd edib.
Stopnarkotik.az-ın verdiyi xəbərə görə, hakim, ABŞ odlu silah istehsalçıları və tədarükçülərindən Meksikanın narkotik kartellərinə yardıma və onlara qeyri-leqal silah daşınmalarına görə 10 milyard dollar təzminat ödəməsini tələb edən Meksika hakimiyyətinin qaldırdığı iddia üzrə məhkəmə iclasını ləğv edib.
Meksika Xarici İşlər Nazirliyi bildirib ki, dinləmələr sabah keçirilməli idi, lakin məhkəmə ötən cümə axşamı, avqustun 17-də dinləmələri ləğv edib.
Amerikalı ekspertlərin rəyinə görə, Meksikada cinayət yerində tapılan 10 silahdan 7-si ABŞ mənşəlidir. Karib hövzəsində isə cinayət nisbəti 80%-ə yaxınlaşır - bir çox ölkə Meksikanın iddiasını dəstəkləyib.
Bundan əvvəl ABŞ məhkəməsi Meksikanın silah istehsalçılarına qarşı 10 milyard dollarlıq iddiasını rədd etmişdi.
Stopnarkotik.az