ABŞ kəşfiyyatı LCD və narkotikdən necə istifadə edirdi... - Yaxud "Beatles", Cim Morrison, Frank Zappanın narkotik macəraları...

LSD və hippilərin 60-cı illərdə MKİ tərəfindən icad edildiyini bilirdinizmi? Yox? Məqsəd uşaqları, gənc nəsli cinsi əlaqəyə, narkotiklərə və "rok & roll"a bağlamaq, onların beynini yumaq və asılı vəziyyətə salmaq idi. Fənd tutdu...

Bu şeytani sxemin ortaqları İngiltərədə "Beatles" və Amerikada Cim Morrison, Frank Zappa və Los-Ancelesdəki "Laurel Kanyonu"nun digər sakinləri idi.

LSD-nin Amerikada uzun hekayəli tarixi var. Bu lizerqamid maddələr silsiləsindən olub yarısintetik psixoaktiv narkotik maddədir. LCD-ni 60-cı illərin mədəniyyəti ilə bağlayırlar, lakin müasir tibb onu (və DMT və psilosibin kimi) psixi xəstəlik və asılılığın müalicəsi üçün mümkün terapevtik vasitə kimi meydana çıxardı. LCD-nin daha az tanınan hekayəsı ABŞ MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi - CIA) bu maddəni casusluqda vasitə kimi istifadə etməsi və onu amerikalılar ilə kanadalılar üzərində sınaqdan keçirməsidir.

Stopnarkotik.az xəbər verir ki, ABŞ-ın bu preparatı kommunizmlə mübarizə vasitəsi kimi istifadə etdiyi iddia olunur. O zaman kommunizmin hər künc-bucağa sızdığı düşünülürdü və belə hesab edilirdi ki, SSRİ dünya miqyasında hökmranlığa nail olmaq üçün hər şeyə qadirdir. Koreya müharibəsində iştirakçı əsgərlərin şimala qaçması və olmayan müharibə cinayətlərində ABŞ-ı ittiham etməsi MKİ-də belə fikir yaratmışdır ki, rəqib SSRİ düşüncəyə nəzarəti ələ keçirib. MKİ belə qərara gəldi ki, ABŞ oxşar imkanlara sahib olmalıdır. Beləliklə, 1953-cü ildə "həqiqət serumu" və zehni nəzarət vasitəsi kimi istifadə edilə bilən preparat tapmaq məqsədi ilə MK-Ultra layihəsi başladıldı. MKİ təkcə LCD-ni deyil, bir çox başqa narkotikləri də insanların xəbəri və ya razılığı olmadan onlar üzərində sınaqdan keçirdi.

Proqramın rəhbəri Sidney Qottlib, LSD-nin axtardığı "möcüzəvi dərman" ola biləcəyini düşünürdü və ABŞ-a o vaxt yalnız İsveçrənin "Sandoz" şirkəti tərəfindən istehsal olunan LSD-nin bütün qlobal tədarükünü 240.000 dollara almağı tapşırdı. Kütləvi anbar istifadəyə verildi. Mərkəzi Kəşfiyyat İdarəsi Stanford və Massaçusets Texnoloji Universiteti də daxil olmaqla bir sıra universitetlərdə LCD-nin tədqiqatını maliyyələşdirməkdən öytrü sınaq obyektlərinin klinik şəraitdə dərmana necə reaksiya verəcəyini görmək üçün təşkilatlar yaratdı. Amerika cəza sistemindəki bəzi məhbuslara aylar ərzində hər gün LCD preparatı verilirdi. MKİ hətta öz qurumunun əməkdaşlarına, narkotikin necə təsir etdiyini izləmək üçün öz işçilərinə narkotik maddə verdi. Bu isə insan ölümü ilə nəticələndi.

Və yalnız bundan sonra qəribə, qismən zorakı və qeyri-qanuni hadisələr oldu. Layihə zamanı daha qəribə “təcrübələrdən” birində MKİ Nyu-York və San-Fransiskoda seks işçilərini öz müştərilərini LSD-nin sızdırılacağı yerə gətirməyə razı saldı. Seks işçilərinə tapşırıldı ki, "iş başa çatdıqdan sonra" kişilərin “dilini açmaq”, onların informasiya verməsini təmin etmək üçün nə qədər LSD lazım olduğunu aydınlaşdırmağa kömək edəcək suallar versinlər. Bütün bunları isə məsələdən hali olmayan bir kənarda martini içməkdə olan MKİ əməkdaşları izlədi.

Dindirmə zamanı narkotikdən istifadə Avropa və Şərqi Asiyada də araşdırılıb. Raffi Xatçaduryanın sözlərinə görə, kəşfiyyatın içində xarici ölkələrə işlədiyi şübhəsi olan əməkdaşlara dindirilməzdən əvvəl “yalnız işgəncə adlandırıla biləcək səviyyədə” emosional travma törətməsi üçün böyük dozalarda LSD verilib. Oxşar proqram ABŞ Ordusu daxilində də aparılıb. “Edgewood Arsenal”da aprılan təcrübələrdə LSD də daxil olmaqla bir neçə narkotikin  müharibədə və məlumat toplamada istifadəsini araşdırıldı. Ordudakı zabitlər reaksiyaları müşahidə etmək üçün təsadüfi əsgərləri narkotik ilə “doldururdular”.

Hətta ABŞ-ın xoşuna gəlməyən xarici liderlərə çıxışdan və ya mühüm iclasa sədrlik etməzdən əvvəl narkotik qəbul etdirmək fəndi də işə salınıb. Ümid o olub ki, narkotik qarmaqarışıq davranışa səbəb olacaq ki, bu da onların populyarlığının azalmasına və ya gözdən düşməsinə gətirib çıxaracaq. Qottlib hətta oxşar məqsədlərə nail olmaq ümidi ilə Fidel Kastronun çıxş edəcəyi radio stansiyasına aerozollaşdırılmış LSD püskürtmək planı hazırladı. Amma plan həyata keçirilmədi.

LSD verildiyi "MK-Ultra" layihəsinin könüllü sınaq subyektləri arasında şair Alan Ginsburq, yazıçı Ken Kizi (“Ququ yuvasının üzərindən uçarkən” kitabının müəllifi) və “Minnətdar Ölülər” mətnlərinin yazarı Robert Hanter də var idi. Onların hər üçü proqramda iştirak etdiklərinin sonrakı illərində psixotrop maddələrin faydalarını və narkotik mədəniyyətini illərlə vurğuladılar. Eləcə də onların 60-cı illərdəki fəaliyyəti LSD müdafiəçilərinin fəaliyyətləri kimi ilk növbədə MKİ-nın qorumağa çalışdığı Amerika cəmiyyətinin baxışını sarsıdacaqdı. “Beatles” rok qrupunun vokalisti Con Lennon da məsələyə ironiyalı yanaşmasını gizlətmədi: “Biz həmişə LSD-yə görə MKİ və Orduya təşəkkür etməyi unutmamalıyıq. İnsanların unutduğu budur... İnsanlara nəzarət etmək üçün LSD icad etdilər və etdikləri bizə azadlıq verdi".

Stopnarkotik.az