MKİ 2004-cü ildən 2015-ci ilə qədər Əfqanıstanda milyard dollarlıq tiryək məhsulunun məhsuldarlığını azaltmaq üçün geni dəyişdirilmiş xaşxaş toxumlarını havadan əkin yerlərinə atıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat verib.
Hesabata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Əfqanıstanda tiryək istehsalını zəiflətmək üçün ölkənin tarlalarına QMO xaşxaş toxumları səpməklə gizli şəkildə on il davam edən əməliyyat həyata keçirib.
"Washington Post" qəzeti bildirib ki, 2004-cü ildən 2015-ci ilə qədər həyata keçirilən gizli proqram Əfqanıstanda milyard dollarlıq tiryək xaşxaşının məhsuldarlığını azaltmağa yönəlib. Belə ki, xaşxaş Taliban və digər kriminal qruplar üçün əsas gəlir mənbəyidir. Gizli əməliyyatla tanış olan 14 nəfərə istinadən hesabatda deyilir ki, MKİ tərkibində heroin istehsalında istifadə olunan kimyəvi maddələrin heç biri olmayan bitkilərə bitdiyi xüsusi yetişdirilmiş xaşxaş toxumları atıb.
Britaniyanın C-130 təyyarələri havadan qısır xaşxaş toxumlarını Əfqanıstanın Nəngərhar və Hilmand əyalətlərinə atıb.
Qəzetin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin Cinayətkarlıq və Narkotiklərlə Mübarizə Mərkəzi tərəfindən idarə olunan layihə o vaxtkı prezident Corc Buş tərəfindən təsdiqlənib və Obama administrasiyası dövründə davam etdirilib.
MKİ hesabata dərhal reaksiya verməsə də, keçmiş işçilər qəzetə qısır toxum səpmə əməliyyatının "son dərəcə bahalı" olduğunu və nəticələrinin qarışıq olduğunu bildiriblər.
Stopnarkotik.az