ABŞ kanadalı narkobaronu yaxalayana 15 milyon dollar verəcək

ABŞ Kanadalı narkobaron Rayan Veddinqin yaxalanması üçün mükafatı artırıb.

Keçmiş Kanadalı snoubordçu və hazırkı narkotik qaçaqmalçısı Rayan Ceyms Veddinq üçün mükafat 15 milyon dollara qədər artırılıb. Veddinq Qərb yarımkürəsindəki ən böyük narkotik qaçaqmalçılarından biri və Sinaloa narkobaronlarının yaxın tərəfdaşı hesab olunur.

Rayan Ceyms Cənubi Kaliforniya və Kanadaya tonlarla kokain, eləcə də təxminən "ayda beş ton fentanil" tədarük edir. ABŞ hökumətinin məlumatına görə, Veddinq hazırda Meksikada yüksək vəzifəli məmurlarla əlaqələri olan keçmiş Meksika hüquq-mühafizə orqanı əməkdaşı, "General" ləqəbi ilə tanınan Edqar Vaskes Alvaradonun himayəsi altında gizlənir.

Veddinqin vəkili onu bir neçə əsas kokain qaçaqmalçısı ilə tanış edən kanadalı Dipak Paradkardır. Veddinqin digər partyorları arasında narkomafiyanın mühasibat uçotu və çirkli pulların yuyulması ilə məşğul olan kanadalı zərgər Roland Solokovski də var.

Kanadalı digər bir siahdaşı müxtəlif şirkətlər vasitəsilə çirkli pulların yuyulmasında iştirak edən İtaliya xüsusi təyinatlı qüvvələrinin keçmiş əsgəri Cankulu Tiepolodur. Tiepolonun sərəncamında Veddinqin killerlərinin təlim keçdiyi hərbi dşüərgələri idarə edən firma da var.

Stopnarkotik.az