ABŞ-da Co Bayden və Si Tszinpin arasında görüş baş tutub. Aparılan danışıqlar zamanı tərəflər narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizəni bərpa etmək barədə razılığa gəliblər.
Stopnarkotik.az xəbər verir ki, Bayden Tszinpin Çinin opioid fentanil istehsalı ilə bağlı malların ABŞ-a ixracını dayandıracağına ortaq məxrəcə gəliblər. ABŞ-da narkotikin doza həddinin aşılmasından ölüm hallarının əsas səbəbi kimi Çindən fentanil ixracı göstərilir.
Əslində, bu, sintetik narkotiklərin istehsalında istifadə olunan prekursorların çatdırılması ittihamı ilə müxtəlif növ sanksiyalara məruz qalan Çin şirkətləri üçün “amnistiya” demək ola bilər.
Bundan əlavə, Çin şirkətləri Meksikada daha sərbəst işləmək üçün icazə alacaqlar (çünki prekursorlar və müxtəlif növ kimyəvi maddələr olan gəmilərin gəldiyi limanlar Meksikada yerləşir).
Stopnarkotik.az