Birləşmiş Ştatlar narkotik epidemiyasına yalnız onu satanlar üçün ölüm cəzası tətbiq etməklə son qoya bilər, başqa tədbirlər problemi həll etməyəcək.
Stopnarkotik.az bizimyol.info-ya istinadən xəbər verir ki, bunu cümə günü ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Hər bir narkotik alverçisi həyatı boyu ən azı 500 adamı öldürür. Onlara ölüm hökmü tətbiq etməyənə qədər bu problem həll olunmayacaq. Biz sadəcə özümüzü aldadırıq", - deyə o, Pensilvaniya ştatının Harrisburq şəhərində Milli Tüfəng Assosiasiyasının tədbirində çıxış edərkən deyib. Trampın sözlərinə görə, eyni zamanda, o, ABŞ əhalisinin belə bir addım atmağa hazır olduğuna əmin deyil.
"Biz narkotiklərlə dolu ölkəyə çevrilirik. ABŞ-da narkotik istifadəsi görünməmiş səviyyəyə çatıb", - deyə o qeyd edib.
Tramp bir vaxtlar bu mövzuda Çin prezidenti Si Cinpinqlə necə danışdığını təsvir edib: "Mən ondan soruşdum ki, Çində narkotiklərlə bağlı işlər necədir? Orada hər hansı problem varmı?", - eks-prezident bildirib. O, əlavə edib ki, Si Cinpinq ona deyib ki, Çində belə bir problem yoxdur: “İllər əvvəl narkotiklər Çində çox yayılmışdı. Amma sonra narkotik alverçiləri üçün ölüm cəzası tətbiq etdilər. Və bunu edən kimi hər şey dayandı”, - deyə Tramp bildirib.
Keçən il Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) bildirdi ki, ölkədə Meksikadan gətirilən sintetik opioid fentanildən həddindən artıq dozada ölüm halları 2016-cı ildən 2021-ci ilə qədər təxminən dörd dəfə artıb. CDC-nin qeyd edib ki, ABŞ hər il təxminən 100 min amerikalının həyatını itirdiyi geniş miqyaslı opioid epidemiyası ilə üzləşir.