ABŞ Dövlət Departamenti Gürcüstanla "Tramp Marşrutu"na dəstək məsələsini müzakirə edəcək.
Stopnarkotik.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin baş müşaviri Aleksey Askonas Gürcüstana gəlib. Onun səfərinin məqsədi Gürcüstanın "Tramp Marşrutu"na necə dəstək verə biləcəyini müzakirə etməkdir. Askonas bu gün ABŞ-ın dəstəyi ilə tikilmiş və təchiz edilmiş Sadaxlo nəzarət məntəqəsinə baş çəkib. Səfəri zamanı o, həmçinin Gürcüstan Xarici İşlər Nazirliyinin və hökumətinin, eləcə də beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək.
Stopnarkotik.az