ABŞ: Fələstin administrasiyası Qəzza zolağına rəhbərlik edə bilər

ABŞ rəsmisi bildirib ki, Fələstin administrasiyası Qəzza zolağına rəhbərlik edə bilər. Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif bildirib.

“Fələstin Administrasiyası Qəzza zolağına rəhbərlik etməyə layiqdir... Onların hansı çatışmazlıqları olsa da, o, İordan çayının qərb sahilindəki fələstinlilərin hökumətidir. Biz inanırıq ki, son nəticədə Fələstinlilərin səsləri və istəkləri Qəzzada münaqişədən sonrakı idarəçilik və təhlükəsizlik üçün mərkəzi olmalıdır”, deyə ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Lif CNN-ə bildirib.

Stopnarkotik.az