ABŞ dövlət katibi Marko Rubio Ekvadorda səfərdə ikən ölkənin iki ən böyük bandasını – “Los Çoneros” və “Los Lobos”u terror təşkilatı elan edib.
Eləcə də ABŞ Ekvadorda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə əlavə olaraq 13,6 milyon dollar ayırıb. Bundan başqa Ekvador Hərbi Dəniz Qüvvələri üçün PUA-lara altı milyon dollar xərclənəcək.
Yeri gəlmişkən, bu qruplar artıq 2024-cü ilin yanvar ayından Ekvador prezidentinin fərmanı ilə terrorçu kimi tanınıb və o vaxt onların sayı 15-dən çox olub.
Görünür, bir neçə böyük şəhərdə və əksəriyyətinin Çindən olduğu xeyli qaçaqmalçıların olduğu akvatoriyada bandalara qarşı ən kütləvi əməliyyatlar PUA-ların köməyi ilə həyata keçiriləcək.
"Los Choneros" və "Los Lobos" Sinaloa və CJNG kartelləri üçün bir növ proksi hesab edilsə də daim kuratorları dəyişir və nisbətən kiçik ərazidə fəaliyyət göstərir.
Stopnarkotik.az