ABŞ Ədliyyə Nazirliyi İlon Maskı məhkəməyə verdi

ABŞ Ədliyyə Nazirliyi iş adamı İlon Maskı məhkəməyə verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

İlon Mask ABŞ-ın Federal Ticarət Komissiyasının qaydalarını və X sosial şəbəkəsində məxfilik və təhlükəsizliyi pozmaqda günahlandırılır.

Qeyd olunur ki, məhkəmə iddiası sentyabrın 11-də Federal Ticarət Komissiyası adından qaldırılıb.