ABŞ-dan Tiflisə SİQNAL: Rusiyanın Abxaziya və Cənubi Osetiya işğalını ilk dəfə pisləmədi

ABŞ son 17 ildə ilk dəfə Rusiyanın Abxaziya və Cənubi Osetiyada hərbi mövcudluğunu pisləyən sənədi imzalamaqdan imtina edib.

"Bu, ABŞ hakimiyyt orqanlarının Rusiya ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan praqmatik siyasətə yönəlmiş yanaşmalarında əhəmiyyətli dəyişiklikləri nümayiş etdirən yetərli göstərici addımdır", deyə Abxaziyanın xarici işlər nazirinin müavini vəzifəsini icra edən İrakli Tujba açıqlama verib.

Avqustun 18-də BMT Təhlükəsizlik Şurasında 2008-ci il hadisələrinə həsr olunmuş məsləhətləşmələr keçirilib. Bəzi Qərb ölkələrinin nümayəndələri "Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən" birgə bəyanatla çıxış edərək, Abxaziya və Cənubi Osetiyada Rusiya hərbi bazalarının olmasını pisləyiblər. Birləşmiş Ştatlar onu imzalamaqdan imtina edib.

“Bu sənədlər açıq şəkildə anti-Rusiya xarakteri daşıyır və regionumuzda daimi gərginliyin saxlanmasına yönəlib”, deyə Tujba bildirib.

Stopnarkotik.az