Çərşənbə günü ABŞ Gürcüstan hakimiyyətini keçmiş prezident Mixail Saakaşvilinin hüquqlarının müdafiəsini təmin etməyə və ona ehtiyacı olan lazımi tibbi yardımı göstərməyə çağırıb.
Stopnarkotik.az bu barədə "Turan"a istinadən xəbər verir.
"Biz bu haqda məlumatları diqqətlə izləyirik", deyə Ağ Evin mətbuat katibinin müavini Vedant Patel brifinqdə "Turan"-ın müxbirinə bildirib.
Tbilisidə il yarımdan çoxdur həbsdə olan Saakaşvili ağır vəziyyətdədir və onun vəziyyəti getdikcə pisləşir.