Çərşənbə günü ABŞ Maliyyə Nazirliyi Meksikada yerləşən “Cartel del Noreste” ilə əlaqəsi olan dörd şəxsin, o cümlədən məşhur hip-hop reperi El Makabelikonun aktivlərinə sanksiya tətbiq edib.
Qurum bildirib ki, sanksiyalar “Los Zetas” narkokartelindən ayrılan “Cartel del Noreste” (Şimal-Şərq Karteli) narkokartelinin üç “yüksək rütbəli üzvü” və həmçinin qrupun “görkəmli tərəfdaşı”, sosial mediada milyonlarla izləyicisi olan El Makabeliko kimi tanınan 34 yaşlı musiqiçi Rikardo Hernandezi hədəf alır.
Stopnarkotik.az