ABŞ-dan AÇIQLAMA: Venesueladakı narkokartellərin vurulmasına az qaldı

ABŞ Silahlı Qüvvələri yaxın bir neçə həftə ərzində Venesuela ərazisindəki narkokartellərə məxsus obyektlərə zərbələr endirməyə başlaya bilər.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda Pentaqon mümkün hərəkət variantlarını araşdırır, əsas seçimlərdən biri pilotsuz uçuş aparatları ilə zərbələr endirməkdir. Potensial hədəflər arasında cinayətkar təşkilatların başçıları və narkolaboratoriyalar ola bilər.

Telekanalın mənbələri qeyd ediblər ki, ABŞ Prezidenti Donald Tramp hələlik bu planları təsdiqləməyib. Pentaqon isə bu məlumatla bağlı telekanala şərh verməkdən imtina edib. 

Stopnarkotik.az