Matamorosda “Qolfo” narkokartelinin "Scorpions" qrupunun liderlərindən biri həbs edilib.
Stopnarkotik.az xəbər verir ki,“El Çeke” kimi tanınan Ezekiel Kardenas Rivera hərbi əməliyyat nəticəsində həbs edilib. O, "Toni Tormento" ləqəbli mərhum Antonio Kardenas Qillyenin oğludur.
El Çekin atası 2008-ci ildən 2010-cu ilə qədər Qolfo Kartelinə rəhbərlik edib və Matamorosda dəniz piyadaları ilə atışmada öldürülüb.
Stopnarkotik.az