ABŞ-da ukraynalı qızın qətlindən sonra "İrina qanunu" qəbul edildi

ABŞ-nin Şimali Karolina ştatının qubernatoru Coş Steyn "İrina qanunu"nu imzalayıb. Sənəd residivist tərəfindən qətlə yetirilən ukraynalı qaçqın İrina Zarutskayanın şərəfinə adlandırılıb.

Bu barədə "Fox News" məlumat yayıb.

"İrina qanunu" cinayətkarları zaminə buraxmazdan əvvəl onların yoxlanılmasını gücləndirir. O, həmçinin müəyyən zorakılıq xarakterli cinayətlər və təkrar cinayət törədənlər üçün nağdsız girov qoyulmasını qadağan edir.

Bundan əlavə, qanun magistrat və hakimlərin məhkəməyəqədər azadlığa buraxılma barədə qərar vermək səlahiyyətlərini məhdudlaşdırır. Müttəhimlər zaminə buraxılmazdan əvvəl psixi müayinədən keçməlidirlər.

Xatırladaq ki, müharibədən sonra ABŞ-yə köçən 23 yaşlı İrina Zarutskaya 2025-ci il avqustun 22-də Şimali Karolina ştatının Şarlott şəhərində tramvay stansiyasında qətlə yetirilib. Polis onun qatili, əvvəllər ən azı 10 dəfə həbs edilmiş 34 yaşlı Dekarlos Braunu həbs edib./oxu.az