ABŞ-ın Çin qorxusu: Amerikalılar haqqında məlumatlar...

ABŞ Çinin əvvəllər heç vaxt görülməmiş miqyasda Amerika vətəndaşlarından müxtəlif növ məlumat toplamaq üçün süni intellektdən istifadə etməsindən qorxur.

Bu barədə “Voll Strit Jurnalı” məlumat yayıb.

Bildirilib ki, Federal Tədqiqat Bürosu (FTB) və digər qurumlar Çinin süni intellektdən amerikalılar haqqında məlumat toplamaq və saxlamaq üçün indiyə qədər heç vaxt mümkün olmayan miqyasda istifadə edə biləcəyinə inanır.

Nəşrin məlumatına görə, məsələ son bir il ərzində o qədər kəskinləşib ki, FTB direktoru və Qərb kəşfiyyat orqanlarının rəhbərləri oktyabr ayında texnologiya liderləri ilə görüş keçiriblər.