ABŞ fentanilin paylanmasındakı rolunu əsas gətirərək Çinə yeni ticarət tarifləri tətbiq etdi və idxal rüsumlarını 10%-dən 20%-ə qaldırdı. Çin isə özünə qarşı ittihamları rədd edərək israr edir ki, böhranın digər səbəbləri var.
Vaşinqton rüsumların qalxmasını Pekinin Amerikada ciddi problemə çevrilmiş güclü sintetik opioid olan fentanilin ABŞ-a qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər iş görməməsi ilə əsaslandırır.
"Çinin narkotik ticarəti böhranı ilə mübarizə üçün adekvat tədbirlər görməməsi səbəbindən 14195 saylı İcra Sərəncamının 2(a) bəndinə rüsumların 10%-dən 20%-ə qaldırılması üçün düzəliş edilir", Ağ Evin dərc etdiyi sərəncamda deyilir.
Sənədə görə, ABŞ administrasiyası hesab edir ki, Çin hökuməti “fentanil də daxil olmaqla sintetik opioidlərin axınının qarşısını almaq üçün tədbirlər görməyib”. Sərəncamda həmçinin qeyd olunur ki, Çindən gələn narkotiklər ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün ciddi təhlükə yaradır.
Stopnarkotik.az