ABŞ 8 Meksika kartelinə fentanillə bağlı sanksiyalar tətbiq etdi

ABŞ Meksika karteli fentanillə bağlı sanksiyalar tətbiq edib. Belə ki, cümə axşamı ABŞ Maliyyə Naziri Janet Yellen noyabrın 5-də keçiriləcək prezident seçkilərində əsas döyüş meydanı olan Corciya ştatına səfəri zamanı “La Nueva Familia Michoacana” kartelinin səkkiz lideri və səkkiz filialına qarşı sanksiyaları açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatlarına görə, “La Nueva Familia Michoacana” fentanildən başqa ABŞ-a kokain və metamfetamin qaçaqmalçılığı edir və ölkənin cənub sərhədindən kontrabanda yolu ilə miqrantlar keçirir.

Sanksiyalar narkokartelərin ABŞ-dakı şirkətlərdə olan dollarla saxlanılan pullarını dondurur.

Yellen, həmçinin Xəzinədarlığın Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsindən (FinCEN) banklara Meksikada yerləşmiş Çinə aid narkokartellərin fentanil prekursorlu kimyəvi maddələrin və istehsal avadanlığının satın alınması ilə bağlı şübhəli əməliyyatları aşkarlamaq və xəbər verməkdə kömək etmək üçün yeni əlavə məsləhət elan edib.

Stopnarkotik.az