ABŞ-ın Karib dənizinə göndərdiyi hərbi dəniz və hava kontingentinin ünvanı bəlli olub. Hərbi kontingentin məqsədi narkokartellərlə mübarizədir və indi bəlli olub ki, hədəf Venesueladır.
Stopnarkotik.az “Reuters”in mənbələrinə istinadən xəbər verir ki, ABŞ narkotik kartellərinin qarşısını amaq üçün 36 saat ərzində Venesuela sularına daha bir dəstək - “Aegis” raketləri olan üç esmines göndərəcək.
Sözügedən gəmilər USS Gravely, USS Jason Dunham və USS Sampson, həmçinin 4000 dənizçi və dəniz piyadası, P-8 müşahidə təyyarəsi və hücum sualtı qayığıdır.
Qüvvələr bir neçə ay beynəlxalq sularda və hava məkanında, o cümlədən kəşfiyyat və dəqiq zərbələr endirəcək.
Stopnarkotik.az