9,8 KQ HEROİN, 15,5 KQ MARİXUANA, 22 ƏDƏD METADON HƏBİ... - Son sutkada 27 kiloqram narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 6-da ümumi çəkisi 27,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9,8 kiloqrama yaxın heroin, 15,5 kiloqrama yaxın marixuana, 2,1 kiloqramdan çox həşiş, həmçinin 22 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir