9,5 KQ NARKOTİK, 21 ƏDƏD PSİXOTROP DƏRMAN, 1,6 TON... - Gün ərzində aşkar olunan narkotiklərlə bağlı açıqlama

Mayın 27-də ümumi çəkisi 9,5 kiloqramdan artıq narkotik vasitə, 21 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 1,6 ton çəkidə 5331 ədəd çətənə kolu məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilir.

Stopnarkotik.az