9,4 KQ HEROİN, 5,4 KQ MARİXUANA, 4,3 KQ "PATI"... - Gün ərzində 19 kiloqramdan çox narkotik ələ keçirilib

Polis əməkdaşları ötən gün ölkə ərazisində 19 kiloqramdan çox narkotik aşkar ediblər.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 9,4 kiloqramdan artıq heroin, 5,4 kiloqramdan çox marixuana, 4,3 kiloqramdan çox metamfetamin olub.