Gəncədə xəstəxanada bədbəxt hadisə baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının Travmatologiya şöbəsində qeydə alınıb.
Şöbədə müalicə olunan 1954-cü il təvəllüdlü Zahid Rzayev ikinci mərtəbədən yerə yıxılıb.
Xəsarət alan şəxsə tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.